Fransa Senatının məlum sənədə səsverməsində saxtakarlıq olub – Senatordan AÇIQLAMA (FOTO)

SİYASƏT

26 Noyabr 2020 10:30

Oxunma sayi: 626
Fransa Senatının məlum sənədə səsverməsində saxtakarlıq olub –     Senatordan AÇIQLAMA (FOTO)

Fransa Senatının hökuməti separatçı qondarma Qarabağ qurumunu tanımağa çağıran tövsiyə xarakterli qətnaməsinin səsverməsində saxtakarlıq olub.


Yekun səsvermədə qətnamənin əleyhinə yalnız bir nəfərin səs verdiyi göstərilsə də, oxu.az bunun yalan olduğunu üzə çıxarıb. Əslində konkret olaraq iki nəfərin qətnamənin əleyhinə səs verdiyi artıq məlumdur.


Azmedia.Az xəbər verir ki, oxu.az-a açıqlamasında senator Natali Gule bildirib ki, qətnamənin əleyhinə səs versə də, sistemdə yanlışlıq olduğu üçün səsi nəzərə alınmayıb. Siyahıda xanımın da adı lehinə səs verənlər arasındadır.


N.Gule siyahıda adı göstərilən senatorun kimliyini də açıqlayıb. Bu, Silviya Goy-Chavent adlı xanım senatordur.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!