“Fransa Senatının üzvləri Əlcəzairdə soyqırımı törədən qatillərin nəvələridir” AÇIQLAMA

SİYASƏT

26 Noyabr 2020 12:03

Oxunma sayi: 773
“Fransa Senatının üzvləri Əlcəzairdə soyqırımı törədən qatillərin nəvələridir”    AÇIQLAMA

“Həmkarlarım burada beynəlxalq hüquqdan danışır. Beynəlxalq hüquq haradadır? Fransa Senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır”.

 

Azmedia.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında parlamentin sədr müavini Fəzail İbrahimli Milli Məclisdə noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Fransa senatının üzvləri Əlcəzairdə soyqırımı törədən qatillərin nəvələridir:

“Burada insanlıqdan nəsə gözləmək sadəlöhvlük olar. Fransanın içi yanır, sürünür.

Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı, özü həll etdi. Azərbaycan həmişə haqq-ədalətin tərəfini tutub. Azərbaycanla danışığın bir forması var. Bizim güvən və güvənc yerimiz var”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!