Fransanın 9 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü

SİYASƏT

26 Noyabr 2020 19:27

Oxunma sayi: 726
Fransanın 9 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini geri götürüb.

 

Azmedia.az  xəbər verir ki, qətnaməyə səs verən senatorlar Férat Françoise, Philippe Bonnecarrière, Alain Duffourg, Évelyne Perrot, Nadia Sollogoub səslərini geri götrərək bitərəf olduqlarını bildiriblər. Anne-Catherine Loisier, Hervé Maurey və Jean-Pierre Moga isə səslərini geri götürərək ümumiyyətlə səsvermədə iştirak etməkdən imtina etdiklərini bildiriblər.

Dəyişikliklərlə bağlı müraciətlər qəbul edilib və səsvermənin nəticələri dəyişdirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!