Gəncədə güclü yanğın başladı, əhali təxliyə edilir - FOTO

ÖLKƏ

28 Mart 2024 23:51

Oxunma sayi: 7267
Gəncədə güclü yanğın başladı, əhali təxliyə edilir  - FOTO

Gəncədə yanğın hadisəsi baş verib.

Azmedia.Az APA-ya istinadən xəbər verir ki, yanğın Heydər Əliyev Prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb. Belə ki, sözügedən binada anidən yanğın başlayıb.

Əraziyə dərhal FHN-nin 10-yaxın yanğınsöndürən avtomobili və 50-dən çox canlı qüvvəsi cəlb olunub.

Hazırda binanın dam örtüyünün söndürülməsi istiqamətində işlər davam etdirilir, yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınır. 

Yanğın nəticəsində binanın dam örtüyü tamamilə yararsız vəziyətə düşüb.  

Bina sakinləri təxliyə edilir.

 

 

SON DƏQİQƏ!  Gəncədə güclü yanğın başladı, əhali təxliyə edilir  -FOTO

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!