Giorgi Qaxariyanın adı Gürcüstanda yenidən baş nazir postuna irəli sürülüb

SİYASƏT

16 Noyabr 2020 23:38

Oxunma sayi: 619
Giorgi Qaxariyanın adı Gürcüstanda     yenidən baş nazir postuna irəli sürülüb

Gürcüstanda 10-cu çağırış parlament seçkilərindən sonra formalaşacaq yeni hökumətin baş naziri postuna Giorgi Qaxariya nəzərdə tutulub.

 

Azmedia.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının katibi, Tbilisi meri Kaxa Kaladze deyib. Bildirib ki, partiya hazırkı Baş nazir G.Qaxariyanın növbəti hökumətə də rəhbərlik etməsini planlaşdırır.

 

Qeyd edək ki, daha əvvəl ədliyyə naziri Tea Tsulukianinin ölkənin növbəti baş nazir olacağı barədə xəbərlər yayılmışdı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!