Gürcüstan Prezidenti: “Qafqazda yeni era başlayır”

SİYASƏT

10 Noyabr 2020 15:17

Oxunma sayi: 751
Gürcüstan Prezidenti:     “Qafqazda yeni era başlayır”

Ermənistan və Azərbaycanı bu faciəvi müharibənin başa çatması münasibətilə təbrik edirəm.

 

Azmedia.az-ın xəbərinə görə, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

 

O qeyd edib ki, artıq Qafqazda yeni era başlayır. “Mən dostlarımız Ermənistan və Azərbaycanı bu faciəvi müharibənin başa çatması münasibətilə təbrik edirəm və bütün vasitəçilərə təşəkkür edirəm. Qurbanların ailələrinə başsağlığı verirəm. Sülh və stabilliyin alternativi yoxdur. Biz birlikdə əməkdaşlığın yeni səhifəsinə başlayırıq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!