Gürcüstanda parlament seçkilərinə səsvermə başlayıb

SİYASƏT

31 Oktyabr 2020 11:15

Oxunma sayi: 615
Gürcüstanda parlament seçkilərinə səsvermə başlayıb

Gürcüstanda parlament seçkiləri üçün səsvermə başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılıb, səsvermə saat 20:00-a qədər davam edəcək.

Bu barədə TASS xəbər yayıb.

Respublikada parlament seçkiləri qarışıq sistemə görə keçirilir: 150 deputatdan 120-si proporsional, 30-u isə majoritar siyahıya görə seçiləcək.

Seçkilərdə 48 partiya və iki blok iştirak edir.

Seçki günü 52-si Gürcüstandan kənarda olmaqla, 3 847 seçki məntəqəsi fəaliyyət göstərəcək.(oxu.az)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!