Hadrut meşələrində gizlənən erməni əsgərləri “911“dən kömək istəyiblər

SİYASƏT

05 Dekabr 2020 22:30

Oxunma sayi: 619
Hadrut meşələrində gizlənən erməni əsgərləri “911“dən kömək istəyiblər

44 günlük müharibədə sağ qalan və döyüşdən qaçıb meşələrdə gizlənən düşmən əsgərlərindən bir qrupu Hadrut ətrafındakı meşəliklərdə gizlənir. Və xilas olmağa can atır.

Erməni KİV-lərinin xəbərlərinə görə, bu haqda müxalif "Çiçəklənən Ermənistan" fraksiyasından deputat Naira Zöhrabyan danışıb.

O bildirib ki, övladları döyüşlərdə itkin düşmüş valideyinlərlə müntəzəm olaraq görüşür. Həmin valideyinlərdə sübutlar var ki, övladları sağdır və Hadrut ətrafındakı Vəng kəndinin yaxınlığında, meşəliklərdə gizlənirlər.

"İtkin düşmüş əsgərlərdən biri David Adumyanın anası əmin edir ki, meşədə gizlənən əsgərlərimiz Dağlıq Qarabağda "911" xilasetmə xidmətinə zəng vura biliblər və meşədə olduqlarını deyiblər, kömək istəyiblər. İnternetdə artıq iki gündür ki, meşələrdə mühasirəyə düşən əsgərlərimiz haqda video yayılır, onlara təcili kömək lazımdır",-Zöhrabyan bildirib.(bizimyol)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!