Hərbi hava qüvvələrimiz : Ermənistanın tankları, sığınacaqları və dayaq məntəqələrini məhv edib

SİYASƏT

24 Oktyabr 2020 21:30

Oxunma sayi: 639
Hərbi   hava qüvvələrimiz :     Ermənistanın tankları, sığınacaqları və dayaq məntəqələrini məhv edib

Bu gün saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

 

Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir ki, Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!