Hikmət Hacıyev: “Erməni tərəfi Tərtərə hücum etsə də, diplomatik korpus ora gedir” FOTO

SİYASƏT

29 Oktyabr 2020 15:06

Oxunma sayi: 836
Hikmət Hacıyev:       “Erməni tərəfi Tərtərə hücum etsə də, diplomatik korpus ora gedir”   FOTO

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə Tərtərə getdiklərini deyib.

 

Bu barədə o, “Twitter” hesabında yazıb:

“İndi diplomatik korpus və beynəlxalq media nümayəndələri ilə Tərtərə gedirik. Hərbiçilərin dediyi kimi, erməni tərəfi Tərtər ətrafı ərazilərə hücum edir. Ancaq diplomatik korpuslar könüllü olaraq Tərtərə getməyə qərar verdilər. Azərbaycanın Stalinqradına. Həmrəylik üçün təşəkkürlər”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!