Hikmət Hacıyev: “Ermənistanın hücumu nəticəsində 16 yaşlı yeniyetmə vəfat edib”

SİYASƏT

24 Oktyabr 2020 11:04

Oxunma sayi: 630
Hikmət Hacıyev:     “Ermənistanın hücumu nəticəsində 16 yaşlı yeniyetmə vəfat edib”

Ermənilərin mülki vətəndaşlara qarşı təcavüzü davam edir.

 

Bununla bağlı Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat paylaşıb.

“Ermənistanın mülki vətəndaşlara, xüsusilə uşaqlara qarşı təcavüzü davam edir. Düşmənin Smerç raketi hücumu nəticəsində Tərtər şəhər sakini 16 yaşlı yeniyetmə Orxan İsmayılzadə evlərinin həyətində öldürülüb. Həmin vaxt mövsümlə əlaqədar olaraq Orxan xurma yığırdı”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!