Hikmət Hacıyev Misir qəzetinə erməni işğalçılığından danışdı FOTO

SİYASƏT

25 Oktyabr 2020 15:03

Oxunma sayi: 675
Hikmət Hacıyev Misir qəzetinə erməni işğalçılığından danışdı   FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Misirin aparıcı mətbuat orqanlarından olan “Al-Ahram” qəzetinə müsahibə verib.

Bununla bağlı o, “Twitter” səhifəsində paylaşım edib.

“Ərəb dünyası Ermənistanın Azərbaycan xalqına qarşı vəhşiliklərindən xəbərdar olmalıdır. 30 illik işğal və Ermənistanın BMT Təhlükəsizlik Şurasının tələblərini yerinə yetirməkdən imtina etməsi. Misirin aparıcı qəzetinə müsahibə”, - Prezidentin köməkçisi vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!