Hikmət Hacıyev və xarici diplomatlar Bərdə və Tərtərə gedir

SİYASƏT

29 Oktyabr 2020 09:41

Oxunma sayi: 611
Hikmət Hacıyev və xarici diplomatlar Bərdə və Tərtərə gedir

Azərbaycandakı xarici diplomatlar Bərdə və Tərtərə gedir.

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.

 

H.Hacıyev bildirib: "Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik. Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər".

 

Prezidentin köməkçisi diplomatik korpusa bunun üçün təşəkkür edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!