Hikmət Hacıyevdən ermənilərin Ağdam və Laçından çıxarılacağı vaxtla bağlı AÇIQLAMA

SİYASƏT

15 Noyabr 2020 16:13

Oxunma sayi: 788
Hikmət Hacıyevdən ermənilərin Ağdam və Laçından çıxarılacağı vaxtla bağlı     AÇIQLAMA

“Bəyanata əsasən, Azərbaycanın işğaldan azad olunan torpaqlarından ermənilərin mülki insanlarının, hərbçilərin çıxarılması davam etdirilir”.

 

Azmedia.az-ın verdiyi məlumata görə, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, 20 noyabrda Ağdam, dekabrın 1-də isə Laçından ermənilərin çıxarılmasını nəzərdə tutan vaxt olduğu kimi saxlanılır:

“Yalnız coğrafi relyefi çətin olduğu üçün Kəlbəcərlə bağlı bu zaman 15 noyabrdan 25 noyabradək uzadılıb”.

“Ali Baş Komandan İlham Əliyev tərəfindən də, əminliklə qeyd edə bilərik ki, bu müjdə yaxın zamanlarda Azərbaycan xalqına çatdırılacaq”, - deyə H.Hacıyev əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!