İlham Əliyev: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq” FOTO

SİYASƏT

28 Oktyabr 2020 18:10

Oxunma sayi: 937
İlham Əliyev:     “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”   FOTO

Prezident İlham Əliyev erməni terroru nəticəsində Bərdədə dünyasını dəyişən vətəndaşların ailələrinə başsağlığı verib.

 

Bununla bağlı İlham Əliyev “Twitter” hesabında paylaşım edib:

“Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!