İlham Əliyev daha 16 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi: İkisi Xocalının kəndidir

SİYASƏT

07 Noyabr 2020 13:14

Oxunma sayi: 996
İlham Əliyev daha 16 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi:     İkisi Xocalının kəndidir

Prezident İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad olunması ilə bağlı paylaşım edib.

 

Dövlət başçısı “Twitter” hesabında yazıb:

“Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!