İlham Əliyev dörd polkovnikə general mayor rütbəsi verdi

SİYASƏT

07 Dekabr 2020 14:46

Oxunma sayi: 792
İlham Əliyev dörd polkovnikə general   mayor rütbəsi verdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. 

 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Ağamir Əzizxan oğlu Sultanova

polkovnik Anar Təvəkkül oğlu Kərimova

polkovnik Namiq Sərəfruz oğlu İslamzadəyə

polkovnik Zaur Sabir oğlu Məmmədova.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!