İmran Xan və Ərdoğan arasında telefon danışığı olub

SİYASƏT

01 Noyabr 2020 10:45

Oxunma sayi: 638
İmran Xan və Ərdoğan arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistan Baş naziri İmran Xan arasında telefon danışığı olub.

 

Azmedia.Az Trend-ə istinadən bildirir ki, Pakistan Baş naziri İzmir zəlzələsi ilə əlaqədar olaraq Türkiyə prezidentinə zəng edərək başsağlığı və həmrəylik mesajlarını çatdırıb.

 

Ərdoğan İmran Xana təşəkkür edib və keçən həftə Peşəvərdə baş verən terror aktı ilə əlaqədar bir daha başsağlığı verib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!