İranlı deputat: “Şuşanın azadlığı bizim hamımızı sevindirdi”

SİYASƏT

09 Noyabr 2020 18:55

Oxunma sayi: 620
İranlı deputat:     “Şuşanın azadlığı bizim hamımızı sevindirdi”

İran parlamentinin Təbrizdən olan deputatı Məhəmməd Hüseyn Fərhəngi Şuşanın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqına videomüraciət ünvanlayıb.

 

Azmedia.az-ın məlumatına görə, iranlı deputat bildirib ki, strateji şəhər olan Şuşa incəsənət xadimlərinin diyarıdır və onun çox dəyərli keçmişi var.

 

“Qarabağda strateji mövqeyi olan bu şəhərin azadlığı bizim hamımızı sevindirdi. Ümid edirik ki, Azərbaycanın hakimiyyəti altında azərbaycanlı və erməni əhalisi sülh və dinc şəraitdə birgə yaşayacaqlar”, - deyə Məhəmməd Hüseyn Fərhəngi qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!