İrəvanda etirazçılar Ermənistanda Nazirlər Kabinetinin yenidən qurulmasını tələb edir

SİYASƏT

10 Noyabr 2020 07:05

Oxunma sayi: 980
İrəvanda etirazçılar Ermənistanda Nazirlər Kabinetinin yenidən qurulmasını tələb edir

İrəvanda Ermənistan parlamentinin binasına toplaşan etirazçılar tələblərini açıqlayıblar. 

 

Bununla bağlı “RİA Novosti” məlumat yayıb. 

Bildirilib ki, etirazçılar Ermənistanda Nazirlər Kabinetinin yenidən qurulmasını tələb edir.

Qeyd edək ki, Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşin dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə imzaladığı bəyanatdan sonra İrəvanda etirazlar başlanıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!