İrəvanda vəziyyət gərginləşir... PAŞİNYAN ÜÇÜN ACI SONLUQ...

SİYASƏT

18 Noyabr 2020 10:45

Oxunma sayi: 640
İrəvanda vəziyyət gərginləşir...   PAŞİNYAN ÜÇÜN ACI SONLUQ...

"Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana vurduğu ağır zərbə onların illərdir ki, mövcud olan mifini alt-üst etdi. Ermənistanın cəbhədə məğlub olması, ciddi itkilər verməsi yaxşı durumda olmayan iqtisadi, sosial vəziyyəti daha da böhrana apardı”.

Azmedia.Az xəbər verir ki , bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. O bildirib ki, hazırda Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi partiyadan qopmalar var.

"Bir zamanlar N.Paşinyanla birgə olan insanlar indi onun məsuliyyətini bölüşmək istəmirlər. Beləliklə, orada vəziyyət kifayət qədər gərgindir. Xalqın hakimiyyətə və N.Paşinyana olan nifrəti getdikcə artır. Ermənistandakı böhran uzun illər davam edəcək. N.Paşinyan getsə də, onun yerinə kimin gəlməsindən asılı olmayaraq, hazırki gərginlik cəmiyyəti depressiyaya aparacaq. 
Ermənistan bir dövlət kimi almış olduğu zərbədən çox ağır duruma düşüb və bu durumdan nə zaman çıxacağını da proqnozlaşdırmaq olduqca çətindir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!