“Johnson & Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib

SİYASƏT

17 Noyabr 2020 23:59

Oxunma sayi: 628
“Johnson & Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib

ABŞ-ın "Johnson & Johnson" şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib.


Azmedia.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin bəyanatında deyilir.


Bəyanatda qeyd olunub ki, münaqişə dövründə şirkət regionun adını səhv olaraq qeyd edib:


"Son zamanlar Ermənistanla Azərbaycan arasında münaqişədə "Johnson & Johnson"un mövqeyi barədə müxtəlif fikirlər səsləndirilib. Biz münaqişə regionunu sosial şəbəkədə səhv adlandırmışıq. Səhv olduğunu təsdiq edirik və bundan təəssüf edirik".


Qeyd edək ki, bir müddət əvvəl "Johnson & Johnson" "Twitter" səhifəsində Dağlıq Qarabağ münaqişəsində zərər çəkənlərə yardım məqsədilə vəsait toplandığını elan etmiş və regionu "Artsax" adlandırmışdı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!