Juninyo Fransa klubuna keçir? - “Qarabağ“ rəsmisindən açıqlama

İDMAN

28 Mart 2024 15:22

Oxunma sayi: 796
Juninyo Fransa klubuna keçir? -  “Qarabağ“ rəsmisindən açıqlama

Xarici mediada Olavio Juninyonun Fransanın "Tuluza" klubu ilə anlaşdığı barədə məlumat yayılıb.

AzmediA.az Offsideplus.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçunun cari mövsümün sonunda adıçəkilən kluba transfer olunacağı bildirilib. "Qarabağ" klubunun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, klublar arasında rəsmi danışıqlar olmayıb.

"Bu məsələni biz də mediadan oxuduq. Rəsmi təklif irəli sürülməyib", — deyə Anar Hacıyev qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!