Kanadanın Toronto şəhərində Gəncə və Bərdə terroruna qarşı etiraz aksiyası keçirilib VİDEO/FOTO

SİYASƏT

15 Noyabr 2020 17:10

Oxunma sayi: 762
Kanadanın Toronto şəhərində Gəncə və Bərdə terroruna qarşı etiraz aksiyası keçirilib   VİDEO/FOTO

Kanadanın Toronto şəhərində, öncədən müəyyən olunmuş meydanda toplaşan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror aktlarına qarşı icazəli etiraz aksiyası keçirib. 

 

Azmedia.az  xəbər verir ki, 14 noyabr tarixində təşkil olunan aksiya Kanadada yaşayan azərbaycanlı icmasının təşəbbüsü ilə həyata keçirilib. Aksiya iştirakçıları bildiriblər ki, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması, dinc sakinlərin hədəf alınması, Ermənistan silahlı qüvvələri tərəfindən 1 ay ərzində cəbhə bölgəsindən kənar rayon və şəhərlərdə  yaşayan 91 mülki şəxsin, o cümlədən uşaqların qətlə yetirilməsi insanlıq əlehinə yönəlmiş müharibə cinayətidir.

 

Aksiyada simvolik olaraq yerə yastıqlar düzülüb, üzərinə həlak olan insanların ad, soyad və doğum tarixləri yazılıb. Gənc fəallar qeyd edib ki, "bu yastıqlar dinc əhalinin yatdığı yerdə qətlə yetirildiyini xarici vətəndaşlara nümayiş etdirmək üçün düşünülmüş bir addımdır."

 

Azərbaycanın Dövlət himinin oxunduğu aksiyada erməni vandalizmini əks etirən bir sıra plakatlar nümayiş olunub, erməni terroru qurbanlarının xatirəsi yad edilib.

 

İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə və Bərdə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik”, “Erməni terrorçuluğuna son!”, “Uşaq ölümünə son!”, “Paşinyan teroristdir!” və s. şüarları səsləndirib.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!