Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ

ÖLKƏ

28 Mart 2024 21:56

Oxunma sayi: 4693
Kartında pulu olan hər kəsə  XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib.

AzmediA.az BAKU.WS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“30 000, 17 000, 26 700, 9 000, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərində talamalar necə baş verir? Nəyisə almaq, nəyisə kirayələmək üçün onlayn qaydada beh ödəyirsiniz.

Sonra beh ödədiyiniz şəxs sizə geri zəng edərək, yaxud, mesaj yazaraq, razılaşmanın mümkün olmadığı, alınmadığı üçün üzr istəyərək behi qaytarmaq istəyir.

Siz də həmin pulu geri qaytarmaq üçün bank kartı məlumatlarını həmin şəxsə göndərirsiniz. Nəticədə kartınızda olan bütün vəsait hesabınızdan oğurlanır. Bütün bunları nəzərə alaraq, bank kart istifadəçilərini diqqətli olmağa çağırırıq.

Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”, - E.Hacıyev vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!