Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib VİDEO

SİYASƏT

26 Noyabr 2020 09:15

Oxunma sayi: 630
Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib   VİDEO

Kəlbəcər rayonu Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti altında təhvil verilib. 

Azmedia.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya sülhməramlı kontingentinin hərbçiləri Kəlbəcər rayonunun Azərbaycan tərəfinə təhvil verilməsi zamanı mülki əhalinin təhlükəsiz və mütəşəkkil köçürülməsini təmin etdilər”, - məlumatda bildirilib. 

Qeyd edək ki, Kəlbəcərin təhvil verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən həyata keçirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!