“Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir” AÇIQLAMA

SİYASƏT

12 Noyabr 2020 12:17

Oxunma sayi: 755
“Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir”   AÇIQLAMA

“Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Bu, o deməkdir ki, Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində vətənin keşiyini çəkə biləcək”.

 

Azmedia.az-ın verdiyi məlumata görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Laçının tam azad olunmasından sonra Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) müstəqilliyimizin 30 ili qarşısında ilkə imza atıb:

“Bu, o deməkdir ki, Ermənistandan Azərbaycan ərazisinə, şərti adı Qarabağ rayonu olan bölgəyə gələcək müdaxilə nəzarət altındadır. Laçının tam azad edilməsindən sonra Dövlət Sərhəd Xidməti ilk dəfədir ki, Azərbaycanın ümumi 3360 km olan bütün su və quru sərhədində vətənimizin keşiyini çəkə biləcək”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!