Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket artilleriya atəşinə tutulur

SİYASƏT

24 Oktyabr 2020 15:00

Oxunma sayi: 824
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket   artilleriya atəşinə tutulur

Azərbaycan ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qarşı tərəfin məqsədi Azərbaycan ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!