Lavrov Qarabağda Türkiyənin fəaliyyətindən DANIŞDI: “Onlar heç kim qarşısında...“

SİYASƏT

04 Dekabr 2020 23:15

Oxunma sayi: 624
Lavrov Qarabağda Türkiyənin fəaliyyətindən DANIŞDI:     “Onlar heç kim qarşısında...“

"Ölkələr hər şeydə razılığa gələ bilməz və hər hansı bir dövlətə münasibətlərdə fərqli mövqelər olacaq"


Azmedia.Az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Aralıq dənizi: Roma Dialoqu" beynəlxalq konfransında çıxışı zamanı deyib.


"Türkiyə ilə heç bir əsaslı fikir ayrılığımız yoxdur. Əminəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlər öz siyasətini reallaşdırmaq üçün iki müstəqil ölkənin birlikdə necə çalışdığına nümunədir. Onlar heç kim qarşısında əyilmirlər, ultimatum irəli sürmürlər, kənardan təsirlərə məruz qalmırlar. Odur ki, Türkiyənin NATO-ya üzvlüyü bizim üçün heç də maneə deyil”, - deyə S.Lavrov vurğulayıb.


İki ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllinə fərqli yanaşmalarının olduğunu, ancaq nəticədə ortaq məxrəcə gəlməyi bacardıqlarını açıqlayan Lavrov deyib ki, konfliktin başlanğıcında Ankarada bu münaqişənin hərb yolu ilə həllinin ola biləcəyini bildirildiyi vaxt Rusiya tərəfi Türkiyənin fəaliyyətləri ilə razılaşmayıb:


"Ancaq indi Prezident Putin və onun həmkarları - Azərbaycan və Ermənistan liderlərinin səyləri nəticəsində razılıq əldə olunub. Həm Rusiya, həm də Türkiyə Dağlıq Qarabağ ətrafındakı vəziyyətdə olduğu kimi ortaq məxrəcə gəlmək üçün təmas nöqtələri və yollar tapırlar".


Lavrov əlavə edib ki, Rusiya və Türkiyənin Liviyadakı vəziyyətə yanaşması da fərqlənir, lakin iki ölkənin münaqişə tərəflərinə təsiri müsbət nəticələrin əldə olunmasına şərait yaradır.///Publika.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!