Məşhur mahnı “Şəhid Xudayar“ adlandırılsınmı? Əlibaba Məmmədov QƏRARINI AÇIQLADI

SİYASƏT

06 Dekabr 2020 18:22

Oxunma sayi: 1152
Məşhur mahnı “Şəhid Xudayar“ adlandırılsınmı?   Əlibaba Məmmədov QƏRARINI AÇIQLADI

22 yaşlı şəhid gizir Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısı günlərdir ki, sosial şəbəkələrdə ən çox izlənilən videodur.
Azərbaycanın Xalq artisti, Şərəf, Şöhrət və İstiqlal ordeni laureatı Əlibaba Məmmədov mahnının müəllifi kimi "Ölkə.Az"a özəl açıqlama verib.

 

Ustad xanəndə bildirib ki, mahnının Xudayarın adı ilə adlandırılması ilə bağlı heç bir qəbahət görmür:

"Bu mahnı 60 ilin mahnısıdır. Bu vaxta qədər necə adlandırıblarsa, elə də qalmalıdır. Amma mənimçün təfavütü yoxdur, yüzdən artıq mahnım var. Necə istəyirlər, adlandırsınlar. O bizim üçün canını, qanını verib, hamımız ona borcluyuq".

Ustad xanəndə bildirib ki, mahnının Xudayarın adı ilə adlandırılması ilə bağlı heç bir qəbahət görmür:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!