Minaya düşən şəxslərə yardım edilməsi nəzərdə tutulub AÇIQLAMA

SİYASƏT

08 Dekabr 2020 20:19

Oxunma sayi: 1079
Minaya düşən şəxslərə yardım edilməsi nəzərdə tutulub   AÇIQLAMA

Minaya düşən şəxslərə və ailələrinə də “YAŞAT” Fondu vasitəsilə yardım edilməsi nəzərdə tutulub.

 

Azmedia.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bu gün “YAŞAT” Fondunun yaradılması ilə bağlı keçirilən məlumat konfransında bildirib.

Ü.Mehdiyevin sözlərinə görə, “YAŞAT” Fonduna ümumi nəzarəti həyata keçirmək üçün 11 nəfərlik Himayəçilik Şurası yaradılıb:

“Bu platforma elə qurulacaq ki, hər bir azərbaycanlı bu Fonda nəzarət edə biləcək”.

Sədr qeyd edib ki, “YAŞAT” Fondunun platforması Elektron İnkişaf Mərkəzi tərəfindən yaradılacaq:

“Burada vətəndaşlar da öz təklifləri barədə bizə müraciət edə bilərlər. Biz fonda dəstək üçün SMS nömrələri ilə bağlı müraciət etmişik. Hazır olan kimi ictimaiyyətə məlumat veriləcək”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!