Müdafiə Nazirliyi: “Ermənilərin ərazilərimizi tərk etmə prosesi tam detalına kimi izlənilir”

SİYASƏT

15 Noyabr 2020 15:59

Oxunma sayi: 697
Müdafiə Nazirliyi:     “Ermənilərin ərazilərimizi tərk etmə prosesi tam detalına kimi izlənilir”

“Əfsuslar olsun ki, erməni işğalçıları əraziləri tərk edərkən yanğın törədir, öz postlarını dağıdır”.

 

Azmedia.az-ın verdiyi məlumata görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

“Bu, onların əsl iç üzünü göstərir. Biz, sadəcə, bu proseslərə nəzarət edirik, monitorinq edirik. Bu barədə yeni videolar əldə olunan zaman ictimayyətə çatdırılacaq”, - deyə o qeyd edib.

H.Mahmudov əlavə edib ki, bu proses tam detalına kimi izlənilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!