Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib FOTO/VİDEO

SİYASƏT

28 Oktyabr 2020 23:15

Oxunma sayi: 618
Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib   FOTO/VİDEO

Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti şəkildə pisləyən qətnamə qəbul edib.

Qətnamə deputat, sabiq spiker Sərdar Ayaz Sadiq tərəfindən Assambleyaya təqdim olunub və yekdilliklə təsdiq edilib.

Qeyd edək ki, 2012-ci ildə Pakistan Senatının Xarici əlaqələr komitəsi, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının Xarici işlər üzrə daimi komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişdi.

İndiki qətnamə isə bütövlükdə Pakistan Milli Assambleyasının mövqeyinin əksidir.

 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!