Paşinyan bir saat ərzində iki dəfə Putinə zəng etdi

SİYASƏT

27 Noyabr 2020 08:30

Oxunma sayi: 629
Paşinyan bir saat ərzində iki dəfə Putinə zəng etdi

Ermənistan baş naziri Nikol Paşinyan bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. 

Azmedia.Az xəbər verir ki , bununla bağlı Paşinyan “Facebook” hesabında məlumat verib. 

O bildirib ki, danışıqlar zamanı Laçın dəhlizinin yaşayış məntəqələri, itkin düşmüşlər, axtarış əməliyyatları, əsirlərin və həlak olanların dəyişdirilməsi, sülhməramlıların yerləşdirilməsi, həmçinin regionun nəqliyyat kommunikasiyalarının açılması kimi məsələlər müzakirə edilib.

Paşinyan əlavə edib ki, bu kimi müzakirələr bəzən gündə bir neçə dəfə baş tutur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!