Paşinyan hökumətinin əmrlərini yerinə yetirməyən İrəvan polis rəisi işdən qovuldu

SİYASƏT

11 Noyabr 2020 10:46

Oxunma sayi: 873
Paşinyan hökumətinin əmrlərini yerinə yetirməyən İrəvan polis rəisi işdən qovuldu

Ermənistan baş polis idarəsinin rəisi Vahe Kazaryan İrəvanın polis rəisi polkovnik Armen Qasparyanı istefaya göndərib.

 

Ermənistan KİV-in məlumatına görə, Qasparyan 9 noyabrda Ermənistan hökumətinin əmrini yerinə yetirməkdən imtina etdiyi üçün vəzifəsindən azad edilib.

Xatırladaq ki, Ermənistanın Qarabağda müharibəni uduzduğu elan ediləndən sonra İrəvanda etiraz aksiyaları başlayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!