“Paşinyanın payızı”: Nazirlərin 80 faizini uzaqlaşdırır Tonoyana da yol göründü

SİYASƏT

18 Noyabr 2020 11:50

Oxunma sayi: 629
“Paşinyanın payızı”:     Nazirlərin 80 faizini uzaqlaşdırır   Tonoyana da yol göründü

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin tərkibini təxminən 80 faiz dəyişdirməyə hazırlaşır.

 

Bu barədə Ermənistanın “Joxovurd” nəşri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, ölkədəki hakim qüvvə nazirləri dəyişdirmək məqsədilə yeni kadrlar axtarır.

Mənbə iddia edir ki, yaxın müddət ərzində əmək və sosial məsələlər naziri, təhsil, elm, mədəniyyət və idman naziri, səhiyyə naziri, iqtisadiyyat naziri, eləcə də, müdafiə naziri David Tonoyanın və onun birinci müavini vəzifələrini itirəcəklər.

Qeyd olunur ki, hökumət üzvləri hərbi vəziyyət dövründə hərəkətsiz olublar və bu səbəbdən istefa verməlidirlər.

Qəzet yazır ki, səlahiyyətli orqanların nümayəndələri hesab edir ki, cəmiyyətdə nüfuzu aşağı olan digər vəzifəli şəxslər də tutduqları postları tərk etməlidirlər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!