Paşinyanın Putinə məktubu Ermənistanı İFŞA ETDİ: Qarabağı azad edəndən sonra...

SİYASƏT

31 Oktyabr 2020 23:55

Oxunma sayi: 848
Paşinyanın Putinə məktubu Ermənistanı İFŞA ETDİ:     Qarabağı azad edəndən sonra...

"Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Rusiya Prezidentinə müraciət edib. O, şimal qonşumuzun rəhbərindən yenə də köməklik istəyib. Bu dəfə müraciətini yazılı edib. Deyəsən, anlayıb ki, zəngləri ilə aparıcı ölkə liderlərini narahat edir, başlayıb məktub yazmağa".

 

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

 

Paşinyanın Putinə məktubu Ermənistanı İFŞA ETDİ: Qarabağı azad edəndən sonra...

Millət vəkili bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi çıxılmaz vəziyyətdə olduqlarını anlamağa başlayır: "Bir tərəfdən, rəşadətli Azərbaycan ordusu inamla irəliləyir, digər tərəfdən isə Ermənistan iqtisadiyyatının tənəzüllü dərinləşir. Əslində, işğalçı ölkəni post-savaş dövründə ciddi iqtisadi-sosial çətinliklər gözləyir. Ötən həftə borclanma limitini artıran düşmən ölkədə xarici borcun Ümumi Daxili Məhsulda payı artıq 70 faizi keçib. Beynəlxalq qiymətləndirici təşkillatlar Ermənistanın kredit reytiniqini də aşağı salıblar".

V.Bayramov vuğrulayıb ki, beləliklə, biz Qarabağı tam azad edəndən sonra daha zəif Ermənistan ilə qonşu olacayıq. Bu, qonşu ölkənin uzun müddət saxlamağa çalışdığı işğalçı siyasətinin nəticəsində baş verir.(publika)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!