Peskovdan Qarabağda yerləşdirilən sülhməramlılarla bağlı açıqlama

SİYASƏT

11 Noyabr 2020 17:24

Oxunma sayi: 666
Peskovdan Qarabağda yerləşdirilən sülhməramlılarla bağlı açıqlama

Rusiya sülhməramlılarının Dağlıq Qarabağ ərazisinə gətirilməsinə dair qərardan əvvəl müharibənin dayandırılması yollarının axtarılması ilə bağlı uzun və gərgin bir proses keçdi.

 

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistin müvafiq sualını cavablandıran zaman deyib.

“Çox güman ki, müharibəni dayandırmaq və hadisənin siyasi-diplomatik istiqamətə yönləndirilməsinə hesablanan çox uzunmüddətli və gərgin proses barədə sual verirsiniz. Bu, mürəkkəb bir prosesdir və bu barədə danışılmalı olan hər şey izah edilib. Başqa bir şey yoxdur”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!