PKK nın “liderləri” ermənilərlə birlikdə döyüşdüklərini etiraf etdilər

SİYASƏT

28 Noyabr 2020 16:43

Oxunma sayi: 696
PKK   nın “liderləri” ermənilərlə birlikdə döyüşdüklərini etiraf etdilər

PKK/KCK-nın qadın təşkilatının “liderlərindən” olan Layika Gültəkin ermənilərlə birlikdə döyüşdüklərini etiraf edib.

 

Bu barədə “Haber Global” Türkiyənin Təhlükəsizlik Qüvvələrinə istinadla məlumat yayıb.

Məlumata görə, L.Gültəkin bu etirafı təşkilatın nəşrində edib. 

“Biz Qarabağa gedib, erməni əsgərləri ilə birgə vuruşuruq. Ermənistan xalqı nə vaxt istəsə, həmişə onlarla birlikdə olacağıq”, - deyən təşkilat “rəhbəri” terrorçuların Azərbaycana qarşı mübarizə apardıqlarını bildirib.

Bununla da PKK terrorçularının Dağlıq Qarabağda Ermənistan hərbçiləri ilə bir sırada olduğu bir daha sübut edilib.

Mənbə bildirib ki, PKK/KCK terror təşkilatının Qarabağda Ermənistanın tərəfini tutmaqda əsas məqsədi rəsmi İrəvanın PKK-nı İraqın şimalında dəstək olmasına sövq etməkdir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!