Prezident: “Hərbi təcavüz olarsa, Türkiyənin dəstəyi variantını nəzərdən keçirəcəyik”

SİYASƏT

09 Noyabr 2020 14:03

Oxunma sayi: 1065
Prezident:     “Hərbi təcavüz olarsa, Türkiyənin dəstəyi variantını nəzərdən keçirəcəyik”

“Mən çox irəliyə baxmaq istəmirəm. Çünki bu, döyüş meydanındakı vəziyyətdən asılı olacaq. Bu, Ermənistanın və digər ölkələrin davranışından asılı olacaq”. 

 

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “Türkiyənin birbaşa hərbi iştirakını istəyəcəyiniz günü gözləyirsinizmi” sualına cavab olaraq deyib.

Prezident İlham Əliyev bildirib ki, mən bir çox hallarda demişəm ki, biz münaqişənin beynəlmiləlləşdirilməsinin əleyhinəyik:

“Biz bütün ölkələrdən, qonşu ölkələrdən, qonşu olmayan ölkələrdən bu münaqişədən uzaqda durmağı xahiş etmişik. Biz beynəlxalq səviyyədə tanınan torpağımızda döyüşürük. Bu, bizim mövqeyimizdir. Mən düşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə, Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayacaq.

Lakin uzun illər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə, həm də hərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik”. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!