Prezident İlham Əliyevin Fransaya Marselin ermənilərə verilməsi tövsiyəsini mən də dəstəkləyirəm Ərdoğan

SİYASƏT

04 Dekabr 2020 19:15

Oxunma sayi: 602
Prezident İlham Əliyevin Fransaya Marselin ermənilərə verilməsi tövsiyəsini mən də dəstəkləyirəm   Ərdoğan

ATƏT-in Minsk qrupu vasitiəçi qrupdur, Fransa həmsədr ölkə olaraq vasitəçi kimi çıxış etməlidir.


Azmedia.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa parlamentinin qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnaməsini şərh edərkən deyib.


O bildirib ki, son addımları ilə Fransa vasitəçilik hüququnu itirib. Fransa ilk növbədə prezident Emmanuel Makrondan canını qurtarmalıdır:


"Makron Fransanın başına bəladır. Makronla Fransa əslində çox təhlükəli dövr yaşayır. Ümid edirəm, Fransa Makron bəlasından qurtulacaq. Əziz qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. O dedi ki, Fransa erməniləri bu qədər sevirsə, Marseli ermənilərə versin. Mən də eyni şeyi tövsiyə edirəm".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!