Prezident tapşırıq verdi: Suqovuşan və Talışa aparan yolların bərpasına başlanılır

SİYASƏT

20 Oktyabr 2020 12:06

Oxunma sayi: 752
Prezident tapşırıq verdi:     Suqovuşan və Talışa aparan yolların bərpasına başlanılır

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.

 

Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün agentlik tərəfindən hazırlıq işlərinə start verilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!