Prezidentin köməkçisi: “Kişidirlərsə, döyüş meydanına çıxsınlar, gücləri qadın uşaqlara çatır”

SİYASƏT

29 Oktyabr 2020 13:40

Oxunma sayi: 736
Prezidentin köməkçisi:     “Kişidirlərsə, döyüş meydanına çıxsınlar, gücləri qadın   uşaqlara çatır”

“Ermənistanın məqsədi insaanlar arasında qətlə səbəb olmaqdır. Xalqımız iradəlidir. Əgər onlar düşünürlərsə ki, bununla Azərbaycan xalqının əzmini sındıra bilərlər, yanılırlar. Bundan sonra Tərtər şəhərinə səfər edəcəyik. Atırlarsa, atsınlar”.

 

Azmedia.az  xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, torpaqlarımız işğaldan azad olunacaq:

“Əgər kişidirlərsə, döyüş meydanında orduya çıxsınlar. Onlar döyüş meydanından alçaqcasına, şərəfsizcəsinə qaçırlar. Gücləri qadınlara və uşaqlara raket atmağa çatır.

Azərbaycan ordusu döyüş meydanında onların cavablarını layiqincə verir. Biz onları Ali Baş Komandan, Prezident İlham Əliyev demişkən, iti qovan kimi qovuruq və bundan sonra da qovacağıq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!