Prezidentin köməkçisi: “Şərəfsizcəsinə o kasetli bombanı atdılar ki, mülki şəxslər ölsünlər”

SİYASƏT

29 Oktyabr 2020 13:27

Oxunma sayi: 690
Prezidentin köməkçisi:     “Şərəfsizcəsinə o kasetli bombanı atdılar ki, mülki şəxslər ölsünlər”

“Ermənilərin mülki əhalini hədəf alması insanlıq əleyhinə cinayətdir. Bu, Azərbaycan xalqın əzmini sarsıda bilməz. Bu, bizim əzmimizi daha da gücləndirir”.

 

Azmedia.az  xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqının tələbi işğal altında olan torpaqlarımızı azad etməkdir:

“Şərəfsizcəsinə o kasetli bombanı atdılar ki, mülki şəxslər ölsünlər və ölkədə qorxu yaransın. İnsanlar qorxmurlar. Prezident İlham Əliyevin əmri ilə biz Bərdədə xalqımızla birlikdəyik”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!