Prezidentin köməkçisindən “Twitter” hesabının bloklanması ilə bağlı açıqlama FOTO

SİYASƏT

18 Noyabr 2020 09:45

Oxunma sayi: 637
Prezidentin köməkçisindən “Twitter” hesabının bloklanması ilə bağlı açıqlama   FOTO

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabının bloklanması məsələsinə aydınlıq gətirib. 


O, bununla bağlı gecə saatlarında bərpa edilən “Twitter” hesabında paylaşım edib. 


H.Hacıyevin sözlərinə görə, hesabı erməni lobbi dairələrinin şikayəti əsasında fəaliyyətini dayandırıbmış:


“Əziz dostlar, erməni lobbi dairələrinin şikayəti əsasında fəaliyyəti dayandırılmış “Twitter” profilimin bərpası üçün göstərdiyiniz qəti dəstəyə görə hər birinizə təşəkkür edirəm. 


Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, “Biz Birlikdə Güclüyük”. Mübarizəmiz davam edir!”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!