Putindən Qarabağ razılaşması ilə bağlı AÇIQLAMA

SİYASƏT

17 Noyabr 2020 16:37

Oxunma sayi: 912
Putindən Qarabağ razılaşması ilə bağlı     AÇIQLAMA

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin BRICS qrupuna (beş sürətlə inkişaf edən ölkədən ibarət olan qrup) daxil olan həmkarları ilə təmasında Dağlıq Qarabağ ətrafında cərəyan edən son hadisələrə toxunub.

 

O qeyd edib ki, hazırda əldə olunmuş razılaşmalara riayət olunur və münaqişə zonasındakı vəziyyət stabilləşir.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Rusiya tərəfi iki dövlət arasındakı düşmənliyin dayandırılmasına kömək etmək və onları kompromisli həllər tapmağa təşviq etmək üçün ən aktiv səylərini göstərdi.

Vasitəçiliyimiz nəticəsində 9 noyabrda tam atəşkəs və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi barədə razılaşmalar əldə edildi”, - deyə videokonfrans vasitəsilə keçirilən görüşdə çıxış edən Rusiya Prezidenti bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!