Qarabağ Regional Ədliyyə İdarəsinə daxil olan ərazilərimiz açıqlandı RƏSMİ

SİYASƏT

03 Dekabr 2020 13:21

Oxunma sayi: 909
Qarabağ Regional Ədliyyə İdarəsinə daxil olan ərazilərimiz açıqlandı   RƏSMİ

Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxil olan rayonlar açıqlanıb.

 

Bunu Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov qurumun “Facebook” səhifəsində canlı yayımda deyib.

“Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl Füzuli və Kəlbəcər rayonları daxildir”.

O qeyd edib ki, işğal altında olan ərazilərimizdə ermənilər vandalizm hərəkətləri törədiblər:

“Bu ərazilərə qayıdış olacaq və yenidən bərpa ediləcək”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!