Qarabağda daha 12 PKK/YPG terrorçusu məhv edildi

SİYASƏT

05 Noyabr 2020 10:40

Oxunma sayi: 878
Qarabağda daha 12 PKK/YPG terrorçusu məhv edildi

Qarabağda Ermənistan ordusu tərəfində döyüşən PKK/YPG terrorçuları arasında itkilər davam edir.

 

Azmedia.az-ın məlumatına görə, son sutka ərzində aparılan əməliyyatlarda 12 PKK/YPG terrorçusu məhv edilib.

Terrorçular, əsasən, Xocavənd istiqamətində aparılan əməliyyatlar zamanı məhv edilib.

Məlumata görə, terrorçulardan biri özünü partladıb.

Xatırladaq ki, bununla Qarabağda məhv edilmiş PKK/YPG terrorçularının sayı 22-yə çatıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!