Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO

SİYASƏT

23 Aprel 2024 08:30

Oxunma sayi: 168
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu -  VİDEO

Qarabağdan çıxan Rusiya sülhməramlılarının karvanı Ermənistanın Sünik rayonunun Qoris və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”.

Azmedia.Az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Ermənistan hökuməti vaxtilə Rusiyanın sülhməramlı birləşmələri Qarabağa gəldikdə onlar üçün müvəqqəti yerləşdirmə məntəqələri ayırıb.

İndi Qarabağdan çıxan sülhməramlılar həmin məntəqələrə qayıdıblar. Rusiya sülhməramlı qoşunları Qarabağı tərk edir. Təbii ki, onlar Ermənistanda da qala bilməzlər.

Odur ki, hazırda həmin məntəqələrin bağlanması üzrə iş gedir. Sülhməramlıların bir qismi məhz bu məntəqələrin sökülməsi üçün ora qayıdıblar”, - deyə Qriqoryan deyib.

 

 

 

 

 

Посмотреть эту публикацию в Instagram

 

 

 

 

 

 

 

 

 

 

 

Публикация от Oxu.Az (@oxuaz)

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!