Qarabağdan qaçan ermənilər evsiz qalacaqları ilə təhdid edildilər

SİYASƏT

13 Noyabr 2020 12:00

Oxunma sayi: 771
Qarabağdan qaçan ermənilər evsiz qalacaqları ilə təhdid edildilər

Ermənistanda Dağlıq Qarabağdan qaçan ermənilər Paşinyana qarşı minitinqlərə qoşulduqları təqdirdə evsiz qalacaqları ilə təhdid olunurlar․

 

Bu barədə “Hraparak” qəzeti yazır.

“Bir neçə gündür ki, dövlət məmurlarının Dağlıq Qarabağdan olan qaçqınlardan Nikol Paşinyanın istefasını ilə bağlı mitinqlərdə iştiraklarının qadağan edilməsi ilə bağlı həyəcan siqnalları alırıq.

Qubernatorlar, rayon rəhbərləri, Dağlıq Qarabağdan köçənlərin yaşadığı müxtəlif sığınacaq sahibləri onlara etiraz aksiyasında iştirak edəcəkləri halda evlərindən məhrum olacaqları barədə xəbərdarlıq ediblər.

Dünən bu xəbərə aydınlıq gətirmək üçün bütün qubernatorlara tək-tək zəng etdik, lakin zənglərimizə cavab verən olmadı”, - deyə qeyd olunur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!